“Terror təşkilatlarına dəstəyə görə təəssüfümüzü bildirdik”— Ərdoğan

GÜNDƏM 31 okt 2021, 23:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşündən sonra mətbuata açıqlama verib.

Türkiyəli lider görüş zamanı terror təşkilatlarına dəstəklə bağlı narahatlığını ifadə edib. 

“Şübhəsiz, Suriyadakı PKK, PYD, YPG kimi terror təşkilatlarınım Amerikadan aldıqları dəstəklə bağlı təəssüfləndiyimizi, bu dəstəyə görə NATO-ya üzv ölkə olaraq bizdə yaranan narahatlığı bildirdik. Bu mövzuda həmrəyliyimizə xələl gətirəcək addımlar olduğunu nəzərə çatdırdıq. Xarici işlər nazirlərimizin qarşılıqlı olaraq sıx təmasda olmaları mövzusunda, müdafiə nazirlərimizin bu nöqtədəki əlaqələrini gündəmə gətirdik. Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram”, - deyə Ərdoğan bildirib. /qafqazinfo
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top