Yer kürəsində maqnit qasırğası başladı

DÜNYA 31 okt 2021, 23:46
Bazar günü günortadan sonra Yer kürəsində maqnit qasırğası aktivləşib.

Bu  barədə Rusiya Fizika institutunun Günəş Rentgen Astronomiyası laboratoriyasının saytında bildirilib.

Qasırğanın səviyyəsi zəif (G1) qiymətləndirilib.

Proqnoza görə, meteohəssas insanlar üçün diskomfort yaradan maqnit qasırğası bazar ertəsi günortaya qədər davam edəcək.

Qeyd edək ki, Yer səthində müşahidə edilən burulğan oktyabrın 28-i axşam saatlarında Günəşdə baş verən X siniflinə aid güclü partlayışın nəticəsində baş verib./APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top