Tbilisi meri seçkilərində "exit-poll"un nəticələri açıqlandı

REGİON 30 okt 2021, 20:39
Gürcüstanın hakimiyyətə yaxın "İmedi" telekanalının sifarişi ilə paytaxt Tbilisi şəhərini meri postuna keçirilən seçkilər üçün keçirilən "exit-poll"un nəticələri açıqlanıb.
 
Demokrat.az xəbər verir ki, ilkin nəticələrə görə, hakim Gürcü Arzusu partiyasının namizədi Kaxa Kaladze öndə gedir.
 
Bu "exit-poll" nəticələrinə görə, Kaladze 57.2%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 42,8 % səs toplayıb.
  
Müxalif “Mtavari arxi” telekanalının sifarişi əsasında keçirilmiş “exit-poll”da isə Kaladzenin 49 %, Meliyanın 51 % səs qazandığı qeyd olunub./Modern.az

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top