Bərdədə terror qurbanları yad olundu — VİDEO

SOSİAL 29 okt 2021, 14:43
Bərdədə erməni terrorunun qurbanları yad edilib.

Demokrat.az
-ın xəbərinə görə, bir il bundan öncə müharibədə məğlubiyyəti ilə barışmayan Ermənistan, Azərbaycanın mülki və dinc əhalisinə qarşı terrora əl ataraq, Bərdəyə raket zərbələri endirib. Bu terror nəticəsində şəhid olmuş soydaşlarımızın vəfatının bir ili, rayon rəhbərliyi, Milli Məclisin deputatları  tərəfindən yad olunub. 

Həmçinin, tədbirdə şəhidlərin doğmaları və yaxınları, eləcə də Bərdə ictimaiyyəti də ürək yanğısı və qürurla iştirak ediblər:

Xatırladaq ki,  Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top