"Şərq"in 25 yaşına çox az vaxt qalıb — FOTO

MEDİA 26 okt 2021, 21:03
Azərbaycan mətbuatında ən uzunömürlü, davamlı çap olunan "Şərq" qəzetinin 25 yaşı noyabrın 1-də tamam olur.

Bu barədə Moderator.az saytına qəzetin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı deyib.

A.Aşırlı qeyd edib ki, 1996-cı il noyabrın 1-dən işıq üzü görən "Şərq" qəzeti 25 ildir ki, fasiləsiz işıq üzü görür: "İndiyədək qəzetin bütövlükdə 5500 sayı işıq üzü görüb, həftəlik kiçik formatda çap olunan qəzet 2002-ci ildən  gündəlik nəşr olunur. İndiyədək qəzetdə 180 nəfərdən çox jurnalist, texniki işçi çalışıb".

A.Aşırlı deyib ki, "Şərq"in bir özəlliyi ondan ibarətdir ki, ilk qələm təcrübəsini bu qəzetdə keçənlərin sayı çoxdur. Bəziləri indi yenə mətbuat aləmində çalışır, bir qismi dövlət strukturlarında, təhsil müəssisələrində, biznes müəssisələrində fəaliyyətlərini davam etdirirlər.

"Şərq" öz məktəbini yaratmış mətbuat orqanı olaraq gündəlik rəngli formatda fəaliyyətini davam etdirir.

"Şərq"in eyni adlı saytı, yutub kanalında isə "Şərq TV" fəaliyyət göstərir.
 
Hazırda qəzetdə 17 nəfər çalışır.

Həmkarlarımızı qarşıdan gələn 25 illik yubiley münasibətilə təbrik edir, uğurlar arzulayırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top