Bakıda “Gelandewagen” polis maşını ilə toqquşdu — VİDEO

HADİSƏ 26 okt 2021, 09:48
Bakıda Post Patrul Xidməti avtomobilinin qəzaya düşməsi barədə rəsmi açıqlama verilib. 

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib:

“Hadisə Ağ Şəhər ərazisində baş verib. Hadisə zamanı polis əməkdaşı xəsarət alıb. Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır”.

X X X

Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 


Demokrat.az xəbər verir ki, “Gelandewagen” markalı maşın Post Patrul Xidmətinin avtomobili ilə toqquşub.

Qəza zamanı xəsarət alanların olduğu bildirilib.

Hadisənin görüntülərini təqdim edirik:(oxu.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top