Mərhum jurnalistin bacısı prezidentdən kömək istəyir

SOSİAL 23 okt 2021, 22:07
Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Fərhadova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Sevinc Fərhadovanın müraciətinə səbəb səhhətində yaranmış problem və müalicə üçün maddi imkanının olmamasıdır.

S. Fərhadova müraciətində yazır:

“Hörmətli cənab prezident!

Mən, Fərhadova Sevinc Müqabil qızı 1985-cı ilin Yanvar ayının yeddisində Zəngilan rayon Babaylı kəndində dünyaya göz açmışam.

Atam, Fərhadov Müqabil Nəci oğlu uzun müddət Zəngilan rayon 32 sayı orta məktəbində müdir və tarix müəllimi işləyib.

Anam, Fərhadova Solmaz Dadaş qızı 40 il kimya-biologiya müəlliməsi işləyib.

Qardaşım, Fərhadov Zabil Müqabil oğlu 19 il jurnalist fəaliyyəti ilə məşğul olub.

Valideynlərim və qardaşım haqq dünyasına qovuşublar, o vaxtdan tək yaşayıram.

Zəngilan rayon 32 saylı orta məktəbində Uşaq Birliyi Təşkilatının rəhbəri vəzifəsində işləyirəm. Məcburi köçkünlərin məskunlaşdığı düşərgədə 2018-ci il aprel ayının 21-də müəmmalı şəkildə evimiz yandı. 2018-ci il may ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ramana qəsəbəsindəki Şuşa şəhərciyində bir otaqlı mənzillə təmin olundum. Bunun üçün sizə və aidiyyatı üzrə müraciətimi nəzərə alan hər kəsə təşəkkür edirəm.

Möhtərəm cənab prezident!

Mənim səhhətimdə ciddi problemlər var. Ürəyə oksigen çatışmazlığı və qalxanvari vəzdən əziyyət çəkirəm. Əməliyyat üçün 2018-ci ildə may ayının 26-da “Kapital Bank”dan 36 faizlə 3 min manat kredit götürdüm. O vaxtdan həmin kredit 111 AZN məbləğində əməkhaqqı kartımdan tutulur. Yerdə qalan məbləğlə ərzaq və dərman vasitələrimi ala bilmirəm. Sizdən xahiş edirəm, mənim banka olan borcumun ödənilməsi və səhhətimdəki problemlərin müalicə və müayinəsi dövlət tərəfindən nəzarətə götürülsün.

Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top