Qırğızıstanın Hökumət rəhbəri Hidayət Orucovu qəbul etdi — FOTO

XARİCİ SİYASƏT 23 okt 2021, 18:35
Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovu bu ölkədəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Hökumət rəhbəri səfirə Qırğızıstan-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində verdiyi töhfəyə görə təşəkkür edib və iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə sıx və dostluq münasibətləri əsasında davam edəcəyinə ümidvar olduğunu bildirib.

H.Orucov öz növbəsində Japarovu Nazirlər Kabinetinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və qeyd edib ki, Qırğızıstanla Azərbaycanı ümumi tarix, mədəniyyət, dil və adət-ənənələr birləşdirir.

İki ölkə arasında dostluq əməkdaşlığının inkişafına və dövlətlərarası əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə Hökumət rəhbəri, Hidayət Orucovu Nazirlər Kabinetinin fəxri diplomu ilə təltif edib.



Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top