YAŞAT Fondu şəhid ailələri və qazilərə 44,5 milyon manatdan çox xərcləyib

QARABAĞ 23 okt 2021, 10:27
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsaitin məbləği məlum olub.

Demokrat.az xəbər verir ki, indiyədək fonda 63 583 188,17 manat yığılıb.

Həmin vəsaitdən 17 400 779,09 manatı fiziki şəxslər, 46 182 409,08 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 44 508 561,48 manatı xərclənib. Vəsaitin qalığı isə 19 074 626,69 manatdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top