“Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun iclasında Ermənistan və Azərbaycan arasındakı sərhəd məsələsinə də toxunub. Rusiya dövlət başçısının sözlərinə görə, prosesdə Rusiyanın iştirakı olmadan nəyəsə nail olmaq olmaz. Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı dövlətlərin öz mövqeyi ola bilər, bu da Rusiyanın mövqeyidir. Rusiyanın vasitəçiliyi ilə bu məsələ Azərbaycan maraqların uyğun həll olunacaqsa, buna razıyıq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.
Deputat qeyd edib ki, Azərbaycan sərhədlərlə bağlı məsələdə heç bir ölkəyə güzəştə getməyəcək:
“Rusiya prezidenti bildirdi ki, onlarda sərhədlərlə bağlı dəqiq xəritələr var. Bu baxımdan, sərhədlərin Rusiyanın vasitəçiliyi və həmin xəritələr əsasında müəyyənləşdirilməsində hansısa narazılıq olmaz. Bizim üçün vacibdir ki, sərhədlər məhz SSRİ xəritələri əsasında dəqiqləşdirilsin. Lakin bu məsələdə Azərbaycanın maraqları qorunmalıdır.
Azərbaycanın mövqeyi bəllidir, bu məsələlərdə heç bir tərəfə güzəştə getməyəcək. Məsələlərin müzakirəsində bu amil çox önəmlidir. Sərhədlərin müəyyənləşməsi prosesində hansı tərəflərin iştirak etməsinə baxmayaraq, Azərbaycan mövqeyini dəyişməyəcək. Bu baxımdan, son qərar yenə Azərbaycandadır. Sərhədlərlə bağlı yekun qərarı dövlət başçısı verəcək. Şübhə edilməməlidir ki, prosesdə Azərbaycanın dövlət maraqları qorunacaq. Sərhədlərin müəyyənləşməsində Azərbaycanın yekun qərarı həlledici olacaq”.
Aygül Qarayeva
Demokrat.az