Kəlbəcər və Laçın balı Bakıda satışa çıxdı: Qiymətlər neçəyədir? — VİDEO

SOSİAL 21 okt 2021, 08:56
Bakıda uzun müddətdən sonra yenidən bal yarmarkası təşkil olunub. Yarmarkada müxtəlif növ arıçılıq məhsulları satışa çıxarılıb. Budəfəki yarmarkada alıcılara işğaldan azad olunmuş ərazilərimizdən gətirilən məhsullar da təklif olunur.

Dağ balı, cökə və çiçək balı. Həmçinin müxtəlif növ arıçılıq məhsulları...

Görüntülər "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən yarmarkadandır. Yarmarkada ümumilikdə 120 ton arıçılıq məhsulunun satışı həyata keçirilir.

Budəfəki yarmarkada piştaxtaları işğaldan azad olunmuş rayonlardan gətirilən arıçılıq məhsulları da bəzəyir.

Qiymətlərə gəlincə, bu, balın növünə görə dəyişir

Alıcılar da bal yarmarkasının təşkilindən razıdırlar...

Yarmarka noyabrın 7-dək davam edəcək. Sonuncu dəfə bal yarmarkası 2019-cu ildə təşkil olunub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top