Rəşid Mahmudov: “Mənə “Əməkdar müəllim” adı veriblər, neynirəm, əvəzində pul versinlər...”

GÜNDƏM 20 okt 2021, 14:34
Xəbər verdiyimiz kimi müğənnilər Elton Hüseynov və Xəyyam Nisanovun “Əməkdar artist” fəxri adına layiq görülməsi müğənni həmkarları tərəfindən birmənalı qarşılanmadı. Onlar da illərdir haqı olan bu ada layiq görülə bilmədikləri üçün təəssüfləndilər. 
 
Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov fəxri adları sənətçi üçün önəmli saymadığını bildirdi: 
 
“Fəxri adları heç vaxt önəmli saymıram. Birinə Xalq şairi deyirlər. Heç qarışqanın şairi varmı? Ayıbdır. Şair elə xalqın şairidir. Müəllim xalqın, tələbənin müəllimidir. “Əməkdar müəllim”, “Əməkdar artist”, “Xalq şairi” kimi fəxri adlar ləğv edilməlidir, boş şeylərdir. Bu ad uğrunda dava edən adamları da qınayıram. Sənətini bilən və bilməyən var. Alim Qasımova nə ad verirsən ver, onsuz da o, Alim Qasımovdur. Bunlar hamısı gülməli şeylərdir. Mənim özümə “Əməkdar müəllim” adı veriblər və heç bu mənə lazım da deyil. Neynirəm onu? Onun əvəzində pul versinlər(gülür).

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top