Ermənistanın ABŞ-dakı səfirinin görüşünə cəmi 10 erməni gəlib — “Hraparak”

DÜNYA 16 okt 2021, 22:22
 Ermənistanın ABŞ-dakı yeni səfiri Lilit Makuntsun bu ilin oktyabrın 14-də, Nyu-York şəhərində Amerika erməni hüquqşünaslar assosiasiyasının üzvləri ilə keçirmək istədiyi görüş fiasko ilə nəticələnib.
 
Demokrat.az
xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzetində məlumat yayılıb. 
 
Qəzetin informasiyasına əsasən, həmin görüşə cəmi 10 erməni əsilli vəkil gəlib. Hərçənd, Amerika erməni hüquqşünasları assosiasiyasının 300-ə yaxın üzvü var və onlardan azı 30-u Nyu-Yorkda yaşayır.
 
Lilit Makunts bunu ört-basdır etmək üçün öz “Twitter” hesabında təşkilatın idarə heyətinin üzvləri ilə görüşdüyünü bildirib. Lakin məlum olub ki, tədbirə assosiasiyanın rəhbəri Lüsi Varpetyan belə gəlməyibmiş. Hətta bununla bağlı həmin təşkilat sosial şəbəkələrdə rəsmi xəbər yaymağı da lüzum görməyib./Musavat.com 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top