De Byazi Azərbaycan millisindən getməyə razıdır

İDMAN 14 okt 2021, 09:09
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Kosovo yığmasını çalışdırmaq istəyir.

Demokrat.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis "İndeksonline" nəşrinə açıqlamasında deyib. 

65 yaşlı məşqçi təkliflərə açıq olduğunu bildirib:

"Mənə belə bir təklif gəlsə, qəbul edərəm. 1 aydan sonra AFFA ilə müqaviləm başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı. Bernar Şallandın Kosovo yığmasından istefa verməsinə təəssüfləndim. Onu yaxşı tanıyıram. Amma məşqçi işi belədir".

Qeyd edək ki, 2020-ci ilin iyulunda millimizə baş məşqçi təyin edilən De Byazinin müqaviləsi DÇ-2022-nin seçmə mərhələsinin sonuna - noyabra qədərdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top