Xırdalanda şəhid Vüsal Musayevin il mərasimi keçirildi — FOTOLAR

SOSİAL 13 okt 2021, 15:33
II Qarabağ müharibəsi zamanı silaha sarılaraq vətənimizin bütövlüyü uğrunda canından keçən igid oğullarımızdan biri də Musayev Vüsal Zakir oğludur. Ötən ilin bu günündə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Vüsal Musayevin Xırdalan şəhərində il mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. 

Əvvəlcə şəhidimizin məzarı ziyarət olunub, önünə tər çiçəklər düzülərək dualar oxunub. 

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra əvvəllər yaşadığı ünvanda keçirilən il mərasiminə gedilərək ailə üzvlərinə baş sağlığı verilib. 

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. 

RİH başçısı İ.Gülməmmədova şəhid Musayev Vüsal Zakir oğlunun ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb. 

Allah rəhmət eləsin.

Bir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər şəkili ola bilərBir 10 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və qida şəkili ola bilərBir 1 nəfər və hərbi forma şəkili ola bilərBir 1 nəfər, ayaqda, çiçək, açıq hava və abidə şəkili ola bilərBir açıq hava şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top