Aeroport yolunda qəza törədən yük avtomobilinin 19 yaşlı sürücüsü saxlanıldı

HADİSƏ 13 okt 2021, 10:14
Aeroport yolunda bir neçə nəfərin ölümü ilə nəticələnən yol qəzasında sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, o, 2002-ci il təvəllüdlü, Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğludur.

Həmin şəxs şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top