Hande Harmancıdan qapanma ilə bağlı açıqlama: Sərt karantin...

SOSİAL 12 okt 2021, 17:49
“İkinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib. Azərbaycan əhalisinə təşəkkür edirəm. Bunlara görə daha rahat şəkildə, sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik”.

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibbi işçilərini qoruyan ləvazimatlar ölkəyə gətirilib: “Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top