Türkiyədə yenə meşə yanğını — VİDEO

REGİON 12 okt 2021, 00:32
Türkiyənin Hatay şəhərinin Altınözü rayonunda meşəlik ərazidə yanğın başlayıb.

Əraziyə beş suçiləyici, iki su çəni, dörd yanğınsöndürən maşın və 50 canlı qüvvə cəlb olunub.

Yanğının səbəbi bilinmir. Bir yanğınsöndürən xəsarət alıb. Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Yanğının nəzarətə götürülməsi üçün işlər davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top