Azərbaycanda qızılca və suçiçəyi yayılıb? — RƏSMİ AÇIQLAMA


SOSİAL 11 okt 2021, 15:39
Son iki ildə Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, suçiçəyi xəstəliyi isə bir neçə müəssisədə (12 ümumtəhsil məktəbdə və 1 uşaq bağçasında) bir-iki hadisə olmaqla müşahidə edilib:

"Xəstəliyin xüsusi pandemiya şəraitində ağırlaşmaması üçün uşaq müəssisələrində uşaqların səhər qəbulu zamanı tibbi baxışların aparılması, sanitariya gigiyena qaydalarının və əks-epidemik rejimin gözlənilməsi vacibdir".(trend.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top