Azərbaycanlı gənc jurnalist İstanbulda koronavirusdan vəfat etdi

MEDİA 11 okt 2021, 14:08
Azərbaycanlı gənc jurnalist Nurlan Ağa (Salamov) dünyasını dəyişib.

Bu barədə “Report”a mərhumun yaxınları məlumat veriblər.

Koronavirusa yoluxan 25 yaşlı N.Ağa İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

Onun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Artıq yaxınları bunun üçün Türkiyəyə gediblər.

Qeyd edək ki, o, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top