Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü olacaq

XARİCİ SİYASƏT 11 okt 2021, 13:29
Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin iştirak edəcəklər.

Görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya gedib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top