Sahibə Qafarova: “Müstəqillik Günü haqqında” qanun layihəsinin məqsədi tarixi ədaləti bərpa etməkdir”

DAXİLİ SİYASƏT 11 okt 2021, 11:58
““Müstəqillik Günü haqqında” yeni qanun layihəsinin əsas məqsədi tarixi ədaləti bərpa etməkdir”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Qeyd edək ki, layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top