Xankəndiyə də, Xocalıya da qayıdacağıq — Ayaz Mütəllibov

DAXİLİ SİYASƏT 10 okt 2021, 21:33
“Son zamanlar mən səhhətimlə məşğulam. Səhhətimdə müəyyən problemlər olduğu üçün sözün doğrusu, mətbuatı izləyə bilmirəm və proseslərə hər hansı münasibət bildirməkdən uzaqlaşmışam”.
 
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bu fikirləri Musavat.com-a açıqlamasında bildirib. Ev şəraitində müalicə aldığını deyən eks-prezident səhhətində problemlərin olmasına baxmayaraq, Qarabağ ətrafındakı mövcud durumla bağlı fikir söylədi. O qeyd etdi ki, imkan düşəndə dövlət başçısının Qarabağa səfərlərini izləyir, çıxışlarını dinləyir: “Prezidentin siyasəti tamamilə bəyənilir. Bu siyasət bütün problemlərin həllinə yönəlib. Ümidvaram ki, belə də olacaq”.
 
Bununla belə, sabiq prezident müəyyən məsələlərə görə ehtiyatlandığını da vurğuladı: “Bilirsiniz də, ermənilər çox məkrlidirlər. Amma hadisələri izləyirik, görək nə olacaq. İstənilən halda, gələcəyə inamla baxmaq lazımdır. Şəxsən mənim əminliyim var ki, biz bundan sonra da qələbə çalacağıq, buna şübhəm yoxdur. Xankəndiyə də, Xocalıya da qayıdacağıq və ermənilərin dedikləri sadəcə özlərinə qalacaq”. A.Mütəllibov hesab edir ki, Qarabağdakı ermənilərdən kimlərsə Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, o, burada yaşamaq hüququ əldə edəcək, əksi mümkün deyil.
 
Vaxtilə Qarabağda komsomol işçiləri olan S.Sərkisyan və R.Köçəryanın quldurluqla məşğul olduqlarını deyən A.Mütəllibov qeyd etdi ki, onun vəzifədə olduğu dönəmlərdə bu şəxslər heç vaxt ciddi qəbul olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top