Amerika Gəmiçilik Bürosu ASCO-nun Təlim Tədris Mərkəzinin auditini başa çatdırdı

İNFRASTRUKTUR 09 okt 2021, 20:38
Nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində apardığı növbəti audit yekunlaşıb.

Demokrat.az bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, 2 gün davam edən auditi Büronun Bakı ofisinin nümayəndəsi Ryan Salamati aparıb.

Audit nəticəsində TTM-də təşkil olunan təlimlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu təsdiqlənib. Nəticədə Təsnifat Cəmiyyəti TTM-ə sertifikat təqdim edib.

Bundan başqa, TTM-də daha iki yeni təlimin (“Gəminin yanalma və lövbər əməliyyatları”, “Gəmi və sahil matrosları üçün gəminin körpüyə və digər gəmiyə bağlanması və açılması əməliyyatları”) keçirilməsini də ABS sertifikatlaşdırıb.

ASCO-nun Təlim Tədris Mərkəzində Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və qiymətləndirilməsi xidmətləri göstərilir. Mərkəz müasir auditoriyalardan ibarət olmaqla, həmçinin ən son model trenajor, üzgüçülük hovuzu və dənizçilik avadanlıqları ilə təchiz edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top