Fransa Malidəki hərbi bazalarını bağlayır

DÜNYA 09 okt 2021, 23:01
Fransa Malidəki hərbi mövcudluğunu uzun müddət saxlamayacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Afrika-Fransa forumunda çıxışı zamanı bildirib.

"Fransa Malidə uzun müddət hərbi varlığını saxlamaq niyyətində deyil. Bu səbəbdən hazırda Malinin şimalındakı Tesalit və Kidaldakı hərbi bazalarımızı bağlayırıq", - Makron vurğulayıb.

Fransa Prezidenti qeyd edib ki, bu proses Malidə güclü dövlətin bərpası ilə əlaqədardır:

"Yalnız bundan sonra Malidə investisiya layihələrinin sərbəst şəkildə həyata keçirilməsi mümkündür".

Qeyd edək ki, dünən Malinin Baş naziri Şoqel Kokkalla Maiqa Fransanı terrorçuları hazırlamaqda ittiham edib.

O, bu barədə sübut və faktlara sahib olduğunu deyib: "Malidəki terrorçular Fransanın müttəfiqi olmuş Liviyadan gəlir".

Xatırladaq ki, Fransa Malidə antiterror əməliyyatlarına 2014-cü ildə başlayıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top