Saakaşvili aclıq aksiyasını dayandırdı

REGİON 08 okt 2021, 23:55
Aclıq aksiyası keçirən Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili qida məhsulları qəbul etməyə başlayıb.

Bu  barədə Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib.

Qeyd olunub ki, o, bal və təbii şirələr qəbul edib.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası elan etmişdi. Aclıq səbəbindən onun 12 kiloqramdan artıq çəki itirdiyi bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top