Quterreş Əfqanıstandakı terroru barbarlıq adlandırdı

DÜNYA 08 okt 2021, 23:15
BMT Baş katibi Antonio Quterreş Əfqanıstanın Qunduz əyalətində məsciddə törədilmiş terror aktını barbarlıq hesab edir.

Bunu baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. BMT rəsmisi Quterreşin bu hücumu qınadığını bildirib:

“BMT Baş katibi bu barbar hücumu pisləyir və ölənlərin ailələrinə başsağlığı verir”.

Xatırladaq ki, Əfqanıstanda məsciddə baş vermiş terror aktı nəticəsində 100-dən çox insan ölüb, xeyli sayda yaralı var.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top