Azərbaycanın Xalq artisti dünyasını dəyişdi

İNCƏSƏNƏT 08 okt 2021, 15:26
Xalq artisti, rejissor, professor Ağakişi Kazımov dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, o, 85 yaşında vəfat edib. 

Qeyd edək ki, Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. 1960-cı ildə o, Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib. 1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. Bundan başqa, Akademik Musiqili Teatrında, Gənc Tamaşaçılar Teatrında, Akademik Milli Dram Teatrında tamaşalar hazırlayıb. 

A. Kazımov Əməkdar artist Mehriban Abdullayevanın həyat yoldaşı idi. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top