Bakı Zooloji Parkına giriş qiymətləri müəyyənləşdi

SOSİAL 08 okt 2021, 13:55
Xəbər verdiyimiz kimi, dünən Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

Açılışda Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

BAKU.WS-in əldə etdiyi məlumata görə, yenidənqurmadan sonra Bakı Zooloji Parkına giriş böyük şəxslər üçün 6 AZN, uşaqlar üçün isə 3 AZN təşkil edəcək.

Qeyd edək ki, bu həftəsonundan etibarən Zooloji Parkın ziyartəçilərin üzünə açılacağı gözlənilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top