Kimlərinsə təsiri, sifarişi ilə mənə qarşı haqsız qərar qəbul edilir — Şeyxin qudası

GÜNDƏM 07 okt 2021, 19:08
“Sabunçu rayon məhkəməsinin hakimi Nilufər Cəfərli mənə qarşı sifarişlə qərar qəbul edib. Rəsul Quliyevlə aramızda davam edən iş var idi. Sözügedən hakimin qərarına əsasən, guya mən 2020-ci ildə bələdiyyədən torpaq almağımla bağlı saxta sənəd əldə etmişəm. Əslində isə mən sənədləri 2002-ci ildə qaydalara uyğun olaraq almışam”.

Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq deputat Hacı Qalib Salahzadə bildirib.

O, Sabunçu rayon məhkəməsinin qərəzli qərar qəbul etdiyini bildirib: “Həmin sənəddə mənim Bilgəhdə ev almağım əks olunub. Hakimlər isə 2002-ci ili dəyişərək, 2020-ci il ediblər və mənim saxta sənəd aldığımı iddia edirlər. Sənəddə torpaq sahəsində 8 evin olduğunu göstərilir. Məndən başqa qeydiyyatda olan daha 3 nəfər var. Hakimin qərarında mənim nənəmə aid mülkün olduğu da qeyd edilib. Lakin həm də mənim qarşı tərəfə iddia qaldırmağa hüququmun olmadığı bildirilib. Həmin mülkdə mən də qeydiyyatdayam. Yəni hakimlər Rəsul Quliyev üçün qanunsuz qərar qəbul edirlər. Mənim torpaq sahəmi fərqli məmurlar almaq istəyiblər, amma mən satmamışam. İndi indi kimlərinsə təsiri, sifarişi ilə mənə qarşı haqsız qərar qəbul edilir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top