Rəsul Quliyev müzakirələrə səbəb olan fikirlərinə aydınlıq gətirdi: "Xalqı çaşdırmaq istəyirlər"

GÜNDƏM 07 okt 2021, 14:21
Azərbaycanın sabiq spikeri Rəsul Quliyev müzakirələrə səbəb olan çıxışına aydınlıq gətirib.

Demokrat.az-ın xəbərinə görə, R.Quliyev bildirib ki, fikirləri təhrif olunub.

“Azərbaycanda əleyhimə işləyən insanlar var. Mənim sonuncu müsahibəmi ya anlamayaraq (bu, ən pis variantdır), ya da qərəzli şəkildə bir saatlıq intervyudan 1-2 dəqiqəlik bəzi cümlələri qoparıb çıxarıb və düzgün olmayan izah verilib, sadə xalqı çaşdırmaq istəyirlər. O çıxışımda əsasən Azərbaycanın imperiya yaradan çox qədim bir dövlət olduğunu, Ermənistanın həmişə ona tabe olduğunu və 1800-cü illərdən Rusiya imperiyasının İranla müharibəsi nəticəsində əvvəl Gürcüstanın və onun ardınca 1812-ci ildən Azərbaycanın bir hissəsinin (İranın tərkibində olan) işğal edilməsinin baş verdiyini izah etmişəm. Bu çox sadə tarixi faktdır və bunu başqa cür anlamaq mümkün deyil. 1812-ci ildə Rusiya İranla müharibə edirdi bu da çox sadə tarixi faktdır. Müsahibədəki məntiqi izahımın məqsədi Xomeneyi İranının bizim üçün necə təhlükəli bir ölkə olduğunu və onun qarşısının alınmasının vacibliyi idi. Fars dilinə, ola bilər, bizim "vətənpərvərlərin" dediklərini tərcümə ediblər. Bu müsahibəyə görə İran molla rejimi məni qatı düşmən elan edib (O müsahibədən bu nəticəni çıxarmaq olar) və mənə qarşı Azərbaycandakı qüvvələrini və bilməyərəkdən onlara işləyən səbatsızları işə salıblar. Müsahibədə dediklərimin belə primitiv izahına görə xəcalət çəkilməlidir” – R.Quliyev qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top