Eldar Əzizovdan növbəti XƏBƏRDARLIQ — VİDEO

SOSİAL 06 okt 2021, 23:55
Bəzi hallarda Bakıda aparılan tikinti işləri zamanı memarlıq standartlarından kənara çıxılır.

Bunu Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Dövlət şəhərsalma və arxitektura komitəsinin sədri Anar Quliyev isə bildirib ki, bəzən layihələr hazırlanarkən kommersiya maraqları Bakının memarlıq planından üstün tutulur. Nəticədə memarlıq görünüşə zidd binalar tikilməyə çalışılır. Bildirilib ki, belə layihələr qəbul edilməyəcək.

''Bakıda bəzi binaların tikintisi zamanı dünyada qəbul olunan standartlar pozulur''. Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ''Bakı şəhərinin memarlıq görünüşünün saxlanılması və paytaxtda şəhərsalmanın gələcəkdə inkişafı'' mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib. Bakı meri bildirib ki, bu seminar-müşavirə Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə təşkil edilib.

Məqsəd Bakıda tikinti işləri zamanı şəhərin memarlıq görnüşünü daha da yaxşılaşdırmaqdır. O əlavə edib ki, son illərdə bakının ümumi görünüşünə gözəllik qatan kifayət qədər memarlıq nümunələri inşa edilib. 

Seminar-müşavirədə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə bildirib ki, bəzi hallarda standartlardan kənar layihələr təqdim edilir. Bu layihələrin hazırlanması üçün bəzən sifarişçilər tərəfindən təyziqlər də edilir.

Tədbirdə bildirilib ki, həm komitə, həm də komitə yanında yaradılan ictimai şura standartlardan kənara çıxan layihələri qəbul etməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top