Bu ailələr üçün vakansiya təqdim olundu

SOSİAL 06 okt 2021, 20:03
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 534-ə çatıb.

Nazirlikdən verilən məlumata görə, Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədi daşıyan marafona qoşulan işəgötürənlərin 279-u dövlət, 255-i isə özəl müəssisələrdir.

Onlar tərəfindən marafona artıq 2833 vakansiya təqdim edilib.  Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 832 nəfər (o cümlədən 138
şəhid ailəsi üzvü və 694 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olanlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları linkə daxil olmaqla qeyd edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top