İsrail səfiri İranın Azərbaycanla bağlı iddialarından danışdı:"cəfəngiyatdır”

GÜNDƏM 05 okt 2021, 23:08
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Silahlı Qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı fikrə münasibət bildirib.

“İsrail hərbçilərinin Qarabağda olması haqqında danışmaq böyük axmaqlıqdır, bu fikir fantaziyadan başqa bir şey deyil. Bu məlumatlar cəfəngiyatdır”, – deyə jurnalistin sualını cavablandıran Aleksandr Ben Zvi vurğulayıb.

Səfir həmçinin əlavə edib ki, bu fikir Qarabağda marslıların olması kimi bir xəyala bənzəyir:
“Düşünürəm ki, bu fikir böyük axmaqlıqdır, əgər biz Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiya, həm də Türkiyə var”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top