XİN-dən Ermənistanın Gəncəyə birinci hücumunun ildönümü ilə bağlı paylaşım

GÜNDƏM 04 okt 2021, 11:15
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə birinci hücumunun ildönümü ilə bağlı paylaşım edib.

Bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter” hesabında bildirilib.

“Bu gün Ermənistanın Azərbaycanın Gəncə şəhərinə, münaqişə zonasından kənarda yerləşən mülki yaşayış məntəqələrinə hücum edərək humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozmasından bir il ötür. Günahsız qurbanları kədər və ağrı ilə anırıq!”, - qeyd olunub.
Xatırladaq ki, ötən il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirilib. Bu hücumda 1 mülki şəxs həlak olub, 30-dan çox mülki şəxs yaralanıb. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top