Xamenei son hadisələrə münasibət bildirdi

GÜNDƏM 03 okt 2021, 20:04
Azərbaycanla İran arasında yaranan mübahisəli məsələlər xarici qüvvələrin müdaxiləsi olmadan həll edilməlidir.

Demokrat.az
"Haqqin.az" saytına istinadən xəbər verir ki, bunu İslam Respublikasının dini lideri Əli Xamenei bildirib.

İSNA agentliyinin yaydığı məlumata görə, dini lider qeyd edib ki, "Ölkənin şimal-qərbindəki son vəziyyət, bölgədəki xarici qüvvələrin müdaxiləsi və hərbi iştirakı olmadan həll edilməlidir. Biz başqa qüvvələrin müdaxilə etməsinə icazə verməyəcəyik", - deyə Xamenei əlavə edib.

Onun bəyanatı Azərbaycanla İran arasında siyasi gərginliyin, eləcə də İran ordusunun Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlərə başlamasının fonunda səslənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top