Hacıqabulda qəzada yaralananların adları bəlli oldu

HADİSƏ 02 okt 2021, 22:20
Hacıqabulda baş verən qəzada xəsarət alanların adları məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, yaralanan 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar:

Ağdam rayon sakini, 2001-ci il təvəllüdlü Qasımov Elnur Eldəniz oğlu
1966-cı il təvəllüdlü Hüseynova Hökumə Mahmud qızı
Bərdə rayon sakinləri - 1961-ci il təvəllüdlü Quliyeva Rahilə Fərrux qızı
Ucar rayon sakini, 1966-cı il təvəllüdlü Niyazova Məhəbbət Niyaz qızı
Ağcabədi sakini, 1972-ci il təvəllüdlü Piriyev Zamiq Sehriman oğlu
Ağdam sakini, 1993-cü il  təvəllüdlü Mehdiyev Hamlet Elmiroğlu
Ağdam sakini, 1964-cü il təvəllüdlü Nəcəfova Zülfiyyə Mədət qızı
Bərdə sakini, 1961-ci il təvəllüdlü Hüseynova Raya Əvəz qızı
Tərtər sakini, 1963-cü il təvəllüdlü Niftəliyeva Müşkünaz Əyyub qızı
Ağdam sakini, 1991-ci il  təvəllüdlü İsmayılova Qızbəst Mehralı qızı
Hacıqabul sakini, 1966-cı il təvəllüdlü Babayev Elşən Əlican oğlu
Tərtər sakini, 1979-cu il təvəllüdlü Ələkbərova Kamalə Kamal qızı
Ağdam sakini, 1977-ci il təvəllüdlü Abdullayeva Məhəbbət Balay qızı.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb. Belə ki, iritutumlu sərnişin avtobusu ilə yük avtomobili toqquşub. 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top