İşdən çıxarılan direktorlar danışdı: Vəzifədən niyə gediblər?

SOSİAL 02 okt 2021, 17:15

Xəbər verdiyimiz kimi, dünən AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Rəyasət Heyətinin qərarları ilə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev tutduqları vəzifələrdən azad ediliblər.


Məsələ ilə bağlı Qaynarinfo-nun əməkdaşı vəzifəsindən azad edilən hər üç sabiq direktorla əlaqə saxlayıb və onların məsələ ilə bağlı fikirlərini öyrənib.

Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoylu:




"Mən AMEA prezidenti, akademik Ramiz Mehdiyevə vəzifəmdən azad olunmağım üçün ərizə ilə müraciət etdim. Dünən Rəyasət Heyətinin qərarları ilə Dilçilik İnstitutunun direktoru vəzifəmdən azad olundum. Vəzifə ömürlük deyil. Amma işə də gedib-gələcəm. Gələn həftə AMEA-da müşavir vəzifəsinə təyin oluna bilərəm”.

Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova:




"Bir müddət əvvəl ayağım sınmışdı və ağrılarım çox idi. Mərtəbələri qalxıb-düşə bilmirdim. Səhhətim buna imkan vermirdi. 54 il AMEA-da çalışdım. Artıq işdən getməyimlə bağlı ərizə yazdım. Dünən Rəyasət Heyətinin qərarları ilə vəzifəmdən azad olundum".

Qeyd edək ki, Maisə Rəhimova Xalq artisti, sabiq deputat Zeynəb Xanlarovanın qudasıdır.

Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev:




"Öz ərizəmlə vəzifəmdən azad olunmuşam. Səbəblərini açıqlamaq istəmirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top