İran səfirindən aftafa olayına REAKSİYA

GÜNDƏM 01 okt 2021, 22:09
İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri diplomatik missiyanın qarşısında törədilmiş xuliqanlıq hərəkətinə etirazını bildirib.

IRNA-nın xəbərinə görə, o, etirazını bu sözlərlə ifadə edib: "Dünən gecə İran İslam Respublikasının Bakıdakı səfirliyinə edilən bəzi insanların basqın və hörmətsizliyindən sonra buna qətiyyətli etirazların və rəsmi tədbirlərin ardınca diplomatik polis və Azərbaycanın Daxili İşlər Nazirliyi 4 təqsirkarı müəyyənləşdirib və onlar saxlanılıb”.

İran səfiri vurğulayıb ki, İslam Respublikasının səfirliyi tam araşdırma bitənə və təqsirkarlar cəzalandırılana qədər məsələni izləməyi davam etdirəcək.

Xatırladaq ki, sentyabrın 30-da Bakıdakı diplomatik missiya önünə rəmzi İran bayrağını əks etdirən 3 aftafa qoyulub./yenisabah.az
SON DƏQİQƏ! İran səfirindən aftafa olayına REAKSİYA
SON DƏQİQƏ! İran səfirindən aftafa olayına REAKSİYA

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top