Vüqar Rəhimzadə: "Bu müsabiqə müharibənin işıqlandırılmasında iştirak edən fotoqraflara verilən qiymətin göstəricisidir”

MEDİA 01 okt 2021, 17:14
“44 günlük Vətən müharibəsində, savaşın qələbi ilə bitməsində əməyi olan, buna təkan verən hər kəsin lazımi səviyyədə qiymətləndirilməsi vacibdir. O cümlədən, müharibə dövründə böyük işlər görən, müharibəni acı tərəflərini, qələbə sevincini işıqlandıran fotoqrafların gördüyü işlərin işıqlandırılması əhəmiyyəlidir və bu addımı yüksək qiymətləndirirəm”.


Bu fikirləri Demokrat..az-a açıqlamasında əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.

Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyi (MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqənin keçirilməsi barədə danışan V.Rəhimzadə qeyd edib ki, müharibədə çəkilən fotoların yenidən işıqlandırılması zərurət idi: “Fotoqrafların obyektivinə düşən anlar, paylaşılan fotolar insan psixologiyasına böyük təsir göstərir. Bir çox hallarda, mətni oxumazdan əvvəl şəkil böyük mənada əhəmiyyəti oxucuya çatdırır.

Vətən müharibəsində çəkilən şəkillərin və fotoqrafların gördükləri işin işıqlandırılmasını alqışlayıram. Həmin fotolar həm də informasiya müharibəsində, Azərbaycanda yaşananların dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadı. Bu müsabiqə ilə Vətən müharibəsi fotoları yenidən geniş auditoriyaya çatdırılacaq. Müharibə dövründə çəkilmiş fotolar təkcə bu günümüz üçün deyil, gələcəyimiz üçün, tarix yazanları, tarixi anları unutmamağımız üçün olduqca əhəmiyyətlidir. Müharibə dövründə paylaşılan fotolar oldu ki, insanın yaddaşına əbədi həkk olundu. “Vətən müharibəsi – qələbənin simaları” adlı müsabiqəni reallaşdıran bütün təşkilatlara təşəkkür edirəm. Onların bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Bu kimi müsabiqələr müntəzəm keçirilməlidir. Bu müsabiqə müharibənin işıqlandırılmasında iştirak edən fotoqraflara verilən qiymətin göstəricisidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top