Koronavirusla yanaşı qripə yoluxmaq hansı nəticələrə səbəb olur?

SOSİAL 01 okt 2021, 16:13
Koronavirus xəstəliyinə qriplə birlikdə yoluxduqda ağırlaşmalara səbəb olur.

Rusiyanın Vektor Mərkəzinin mütəxəssisləri heyvanlar üzərində araşdırma apardıqdan sonra bu qənaətə gəliblər.

Alimlər müəyyən ediblər ki, koronavirus və qripin birləşməsi ilə xəstə qripi ağır formada keçirir. Laboratoriya heyvanları üzərində aparılan testlərin nəticəsindən məlum olur ki, infeksiya səviyyəsi yüksək olur.

Əsas təhlükə koronavirusun digər viruslarla qarışaraq, xəstəliyin gedişatını dəyişə bilməsidir.
Eyni zamanda, alimlər 2020-ci ildə COVID-19-un qrip virusunu böyük ölçüdə əvəz etdiyinin fərqinə varıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top