"Fransa vasitəçi kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır"

GÜNDƏM 01 okt 2021, 12:07
Ermənilər başqalarının, əsasən də Azərbaycanın torpaqlarına hər zaman göz dikib. Buna görə də uzun illərdir ki, vaxtaşırı təxribatlar törətmiş, dinc əhaliyə işgəncə vermiş, öz tarixi yurd-yuvalarından didərgin salmışlar. Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb və heç vaxt heç bir ölkənin torpaqlarına göz dikməyib.

10 noyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu haqq savaşında tarixi qələbə çalıb. Erməni cinayətkarlarının işğal etdikləri və bu 30 illik müddət ərzində taladıqları, mənimsədikləri torpaqları geri alıblar. Kapitulyasiya aktı imzalanıb. Bundan sonra ermənilər işğal etdikləri torpaqları tərk ediblər. Tərk edərək isə onlara verilən vaxtdan xaincəsinə istifadə edərək, Azərbaycana olduqca böyük ziyan vurublar.

İşğal vaxtı qanlı qırğınlar törədiblər. Tarixi abidələrimizi, məscidlərimizi, hətta qədim qəbiristanlıqlarımızı belə yerlə yeksan ediblər. Bir çox kəndləri, şəhərləri demək olar ki, yer üzündən siliblər. Dinc, yerli əhalini, həmçinin qocaları, qadınları və uşaqları qətlə yetiriblər.

Azərbaycana qarşı belə təxribatlar, qırğınlar, qətllər çox olub, lakin sülhsevər Azərbaycan xalqı yenidən bu qəddar ermənilərlə barışmış, onlara ocağının başında yer vermişdi.

Yenə də bütün bunlara baxmayaraq Azərbaycan Qarabağda yaşamış erməniləri Azərbaycan torpaqlarında saxlayır. Onlarla Azərbaycan vətəndaşı kimi davranır. Lakin Azərbaycan ermənilərə muxtariyyat vermək fikrində deyil.

Azərbaycanda etnik qruplar çoxdur. Onların hər biri azərbaycanlılarla eyni hüquqlu Azərbaycan vətəndaşıdır. İndiyədək burada onlara qarşı heç bir ayri seçkilik olmayıb. Onlara heç bir muxtariyyət verilməyib. Eləcə də ermənilərə verilməyəcək, onlar da digər etnik qruplar kimi Azərbaycanda yalnız Azərbaycan vətəndaşı kimi yaşamalıdırlar. Muxtariyyətdən isə söz ola bilməz. Bu əvvəldən də onların nəzərinə çatdırılıb. Müxtariyyət müzakirə mövzusu ola bilməz.

Artıq bir ilə yaxındır ki, müharibə Azərbaycanın möhtəşəm qələbəsi  ilə başa çatıb. Ermənilər hələ də “Dağlıq Qarabağ” Azərbaycanın deyil, Ermənistandır deyərək bu sərsəm düşüncələrindən əl çəkmirlər.

“Dağlıq Qarabağ” deyilən bir ərazi isə artıq yoxdur. Belə halda Ermənistan yenidən ərazi iddiası ilə çıxış etməməli, bu iddiaları artıq geri götürməlidir.
Bu qədər tökülən qanlar, şikəst insanlar, yetim qalan körpələr, gözü yaşlı analar bəs etmədimi? Axı, bunlar hər iki tərəfdə var. İnsanlar dinc həyat yaşamalıdırlar.

Zəngilan tarixən Azərbaycan torpağı olub. 1920-ci ildə sovet hakimiyyəti Azərbaycana məxsus olan bu ərazini ondan qopararaq Ermənistana birləşdirmişdi. Bu isə Naxçıvanı Azərbaycandan ayırmışdı. Bu səbəbdə ermənilər illər uzunu Naxçıvanı blokadada saxlamışdı.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır, Azərbaycan buna nail olsa azərbaycanlılar, zəngəzurlular öz torpaqlarına qayıda biləcəklər. Bu bizim hüququmuzdur.

Fransa həmişə Azərbaycana dost ölkə olub. Bizim Fransa ilə bir çox iqtisadi əlaqələrimiz olub, birgə infrastruktur layihələr həyata keçirib, lakin müharibə vaxtı Minsk qrupunun həmsədrlərindən olan Fransa birtərəfli mövqe tutub. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Münaqişə boyünca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayış etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmamalıdır.

Azərbaycan Fransa ilə əməkdaşlığa hər zaman açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Odur ki, bir il əvvəl baş verənlərə qayıtmalı deyilik”.

Şəhla Ağbulud

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top