Bakı polisi sürücülərə bunları tövsiyə edir — SİYAHI

SOSİAL 30 sen 2021, 19:38
Bakı şəhər BPİ DYPİ Yol Hərəkətində təhlükəsizliyin təmin edilməsi və təbliğatın gücləndirilməsi məqsədilə sürücülərə yenidən tövsiyə edib.

Bakı şəhər Dövlət yol Polis İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr bölməsinin inspektoru Rüstəm Əhmədli Demokrat.az-a bildirib ki, sürücülər aşağıdakı tövsiyələrə riayət etsələr daha yaxşı olar:

1.Olduğunuz yerdən çıxarkən avtomobil idarə edəcəksinizsə, ilk növbədə avtomobilə vizual baxış keçirin, sənədlərinizin qaydasında və üzərinizdə olmasını yoxlayın, spirtli içkilərin, psixotrop və digər güclü təsir göstərən maddələrin təsiri altında, eləcə də, xəstə,əzgin və ya yorğun halda deyilsinizsə, sərbəst halda avtomobil idarə etdiyinizə əmin olun;
2.Avtomobilin hava şəraitindən asılı olmayaraq xarici görkəminin təmizliyinə, dövlət nömrə nişanlarının tam görünməsinə, xarici işıq cihazlarının, fara şüşələrinin təmiz olmasına və işləməsinə, təkərə, onun izlərinin qalınlığına, təzyiqinə və şüşə silənlərin işləməsinə diqqət yetirin;
3.Avtomobili işə saldıqda, hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini bağlayın və sərnişininiz varsa onun da təhlükəsizlik kəmərindən düzgün istifadəsini tələb etməyi unutmayın ;
4.12 yaşınadək azyaşlıların aparılmasını nəzərdə tutmusunuzsa qabaq və ya arxa oturacaqda (salonun arxasında uşaq oturacağının olmaması inzibati xəta tərkibi yarartmasada ) xüsusi azyaşlılar üçün oturacaqla təmin edilməsinin, vacib olduğunu yadda saxlayın ;
5.Hava, yol və meteoroloji şərait haqqında əvvəlcədən məlumat almağa çalışın gedəcəyiniz istiqaməti dəqiqləşdirin, həmin istiqamət üzrə düzgün hərəkət zolağı seçin, şəraitə uyğun ara məsafəsi, sürət həddinə diqqət yetirməklə yol boyu lüzumsuz səs siqnalından istifadə etmədən hərəkət etməlisiniz ;
6.Hərəkət etdiyiniz istiqamət üzrə enişli, yoxuşlu, sərt döngələrdə sükanı idarə etməyə fikir verin, sağ zolaq boş olduğu halda məsafədən asılı olmayaraq sağ zolaqla hərəkət edin, piyada və dəmiryolu ilə kəsişən hissələrdə daha da diqqətli olun. 
7.Yolda hərəkət üstünlüyünə malik (təcili tibbi yardım, polis, yanğın söndürən və s.) qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda həmin avtomobillərin sərbəst hərəkətinə hətta dayanmaq belə lazım olarsa şərait yaradın,
8.Yol boyu idarəetmədən diqqətin yayınmaması, əldə mobil telefon tutmaq və istifadə etməmək şərtilə yol nişanlarının, digər texniki qurğuların, svetoforların və ya nizamlayıcının tələblərini düzgün yerinə yetirməli, hərəkət zolağını dəyişərkən dönmə, ötmə, hərəkətə başlama, dayanma ilə bağlı manevr etdikdə işıq cihazlarından mütləq istifadə etməli,
9.Sərnişinlərin və ya sərnişinin hansı ünvanda düşməsi nəzərdə tutulubsa, icazə verilən ərazidə səkiyə paralel və yaxın məsafədə durun, avtomaşının qapısının açılmasına diqqət edin, sərnişin tam düşdükdən sonra hərəkəti davam edin, gedəcəyiniz ünvana çatdıqda isə avtomobilin icazə verilən ərazidə park edilməsinə diqqət yetirməli və başqa sürücülərin həmin yerdən hərəkət etməsinə mane olmamasına əmin olun;
10.Unutmayın ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsi sürücülərin hüquq və vəzifələrini tənzimləyir bu maddə üzrə tələblərin eləcə də nəqliyyat vasitələrinin istismar qaydalarının pozulmasına görə cərimə, sürücülük hüququndan məhrum etmə, inzibati həbs və ya cinayət məsuliyyətinə cəlb edilməsi yarana bilər. 

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top