Parlament Anlaşma Memorandumunu təsdiqlədi


GÜNDƏM 30 sen 2021, 15:39
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Anlaşma Memorandumu 1 (bir) il müddətində etibarlıdır və tərəflərdən birinin bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti birillik müddətlərə uzadılır.
 
Memoranduma əsasən, göndərən ölkənin heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərmanla və ləvazimatla yola düşəcək.
 
Ev sahibi ölkə təcili tibbi xidmətləri və təcili təxliyə xidmətlərini göndərən ölkənin heyətinə ödənişsiz olaraq təmin edəcək. Göndərən ölkənin heyətinin sığorta haqları müalicə xidməti xərcləri göndərən ölkə və ya göndərən ölkənin heyətinin özü tərəfindən ödəniləcək.
 
Ev sahibi ölkə yaralanma və ya ölüm halında göndərən ölkəni məlumatlandıracaq. Ölüm halında ev sahibi ölkə göndərən ölkənin siyasətinə riayət edilməsini təmin etmək üçün prosedurlardan və ya yarılmadan əvvəl göndərən ölkə ilə koordinasiya edəcək. Göndərən ölkənin bir təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştirak etmə və yekun yarılma raportunun bir nüsxəsini əldə etmə səlahiyyətinə malikdir.
 
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top