“Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq” — Ərdoğan

GÜNDƏM 30 sen 2021, 15:01
“Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq”.

Bunu  Soçidən rəsmi səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Burada həyata keçiriləcək quru və dəmir yolu xəttləri bütün bölgə ölkələri üçün ticarət və iqtisadi fürsətlər gətirəcək. Azərbaycan bu dəhliz üçün genişmiqyaslı işlər həyata keçirir. Əlbəttə, Ermənistan tərəfi də öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - deyə Ərdoğan qeyd edib.

Ərdoğan həmçinin əlavə edib ki, bölgə ölkələri üçün təklif etdiyi 6-lı platform məsələsinə gəldikdə Rusiya Prezidenti Vladimir Putin hər an hazırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top