Bakıda ərini xəyanətdə suçlayan gəlin dəhşət yaşadı — Təfərrüat

KRİMİNAL 30 sen 2021, 12:07
Bakının Nizami rayonunda 1983-cü il təvəllüdlü Telman Orucov qısqanclıq zəminində həyat yoldaşı Gülcöhrəni (ad və soyadlar şərti verilib – red.) döyüb.

Demokrat.az-ın xəbərinə görə, hadisə bu ilin iyunun 10-da baş verib. Həmin gün saat 19.40-da yaşadığı evdə Gülcöhrə Telmana ona xəyanət etməsini bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Telman Gülcöhrənin sifət və bədən nahiyyələrinə əli ilə vuraraq, ona xəsarətlər yetirib. İstintaq orqanı tərəfindən Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 2015-ci ildə Gülcöhrə ilə ailə həyatı qurub, birgə nikahlarından bir qız övladları doğulub: “2016-cı ildən aramızda ailə daxili münaqişələr baş verib. Bu ilin iyunun 10-da, axşam saatlarında evdə olan zaman Gülcöhrə ilə aramızda yenidən münaqişə yarandı.

Münaqişəyə səbəb Gülcöhrənin əsassız yerə ona xəyanət etməkdə ittiham etməsi oldu. Ona belə hadisənin olmadığını bildirdib. Gülcöhrə səbəbsiz yerə mənimlə təhqirlə danışdı. Həmin vaxt əsəbləşdiyimdən Gülcöhrənin üzündən şillə ilə vurdum”. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Gülcöhrə bildirib ki, Telman ilə 2016-cı ildən aralarında mütəmadi olaraq ailə daxili münaqişələr baş verib: “Buna səbəb Telmanın mənə xəyanət etməsi olub. İyunun 10-da, axşam saatlarında evdə olan zaman Telman ilə aramızda yenidən mübahisə yarandı. Mübahisəyə səbəb Telmanın mənə xəyanət etməsi olub. Ona bu barədə iradımı bildirərək evi tərk etməsini dedim. Telman isə məni təhqir etməyə başladı. Telmana cavab qaytardıqda isə qəfil üz və bədən nahiyyələrimə vurmağa başladı. Məni itələyərək yerə yıxdı”. Nizami rayon Məhkəməsinin hökmü ilə Telman 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top