Mikayıl Cabbarov: “Azərbaycanla Gürcüstan arasında yeni memorandumlar imzalandı”

İQTİSADİYYAT 29 sen 2021, 21:24
“Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin səkkiz ayında ölkələrimiz arasında ticarət dövriyyəsi keçən ilin müvafq dövrü ilə müqayisədə 41 faiz artıb”.

Bu barədə məlumatı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Twitter” hesabında paylaşıb.

“Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, yeni layihələr, Gürcüstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri müzakirə edildi.

İnanırıq ki, səmərəli dialoq qonşu və dost ölkə ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”, - nazir qeyd edib.

M.Cabbarov vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş, həmçinin, AZPROMO və KOBİA ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb:

“Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq”.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top