Hafiz Hacıyev: "Gülər Əhmədovaya bütün lazımi təlimatları vermişik"

GÜNDƏM 29 sen 2021, 17:15
Müasir Müsavat partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini, sabiq deputat Gülər Əhmədova Türkiyəyə səfər edib.
 
Bu barədə Modern.az-a  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məlumat verib. Partiya sədri bildirib ki, G. Əhmədova türkiyəli siyasətçilərlə əməkdaşlığın genişləndirilməsi, partiya adından bir sıra görüşlərin keçirilməsi üçün qardaş ölkəyə yollanıb:

“Gülər Əhmədova partiyamızda xarici məsələlərlə məşğuldur. Bir neçə dəfə televiziyalarda çıxış edib, partiyanın platformalarını səsləndirib. Biz dövlət üçün, dövlətçilik üçün əlimizdən nə gəlirsə, etməyə hazırıq. Gülər xanımın işindən razıyıq. Kifayət qədər təcrübəli qadındır. Azərbaycan siyasətində türməyə düşüb, çıxan bir xanımdır. Onun siyasi cəhətdən möhkəm “zakalka”sı var. O da dövlətə bağlı insandır, əl-ələ verib çalışırıq”.
 
Hafiz Hacıyev söyləyib ki, lazım olarsa, özü də Türkiyəyə gedəcək:

“Sədr müavini Gülər Əhmədovaya bütün lazımi təlimatları vermişik. Dəvət edilsəm, mən özüm də gedəcəyəm və görüşlərə qatılacağam. Türkiyə siyasi qurumları ilə əlaqələri genişləndirməyi hədəfləmişik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top