Azərbaycanda polis generalı vəfat etdi

SOSİAL 29 sen 2021, 14:02
Azərbaycanda polis generalı vəfat edib.

“Report”un xəbərinə görə, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun sabiq rəisi, polis general-mayoru Mehman Təhməzov dünyasını dəyişib.

O, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, M.Təhməzov 2012-ci ildə Azərbaycan İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyin edilib. 2019-cu ildə o, xidmətdə olmanın son həddi ilə əlaqədar təqaüdə göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top