"İrançılıq" pərdəsi altında gizlənən fars şovnizmi — Əbülfəz Elçibəyin yazısı

GÜNDƏM 29 sen 2021, 13:43
Avropa.info Azərbaycan Milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin "Fars şovinizmi" adlı yazısını təqdim edir.
Bu yazını yazarkən fars şovinizminin cikindən-bikinə hər nəyi varsa açıqlamaq, ya da işıqlandırmağı düşünmədik, çünki bu, çox böyük, mürəkkəb və çətin bir məsələdir. İndiyədək rus şovinizmi, alman şovinizmi, italyan şovinizmi haqqında çox yazılıb, çox deyilib, bu şovinizmlər, demək olar ki, dağılıb, rus şovinizmi isə son günlərini yaşayır! Bu sadaladığımız millətlər şovinizmin təkcə başqa xalqlar üçün deyil, özləri üçün də necə böyük faciə və fəlakət gətirdiyini görmüşlər.


Çin şovinizmi haqda da çox yazılıb, çox deyilib. Nə fayda ki, Çin hakim dairələri hələ də deyilənlərdən heç bir nəticə çıxarmayaraq, Çindəki başqa xalqları əzir, assimilyasiya edir, etdiyi vəhşiliklərlə öz xalqını da acınacaqlı, çıxılmaz duruma sürükləyir.

Fars şovinizminə gəldikdə o, dünyanın ən yaramaz, ən alçaq təbiətli şovinizmidir! Ən pisi də budur ki, fars şovinizmi haqqında, bir-iki yazını çıxsaq, deyə bilərik ki, nə yazılıb, nə deyilib, nə də qınanılıbdır. Ona görə də bu gizli saxlanılmış xəstəlik başqa xalqlara əzab və işgəncə vericidirsə, fars xalqı üçün xərcəng xəstəliyinə çevrilmişdir! Şovinizm farsları tarixin bataqlığına atmışdır! Ölüm ayağında olan fars şovinizmi farsları bu bataqlıqdan qurtarmaq yolunu düşünmək əvəzinə, onlara yaxın qonşu olan Azərbaycan, Xorasan, Qaşqay türklərini, "Körfəz ərəbləri"ni, imkan olarsa İraq, Suriya, Diruz və Səudiyyə ərəblərini, kürdləri, bəlucları və başqalarını da bataqlığa, cinayətkarlığa və sonda ölüm ayağına sürükləməyə var gücü ilə çalışır, dəridən-qabıqdan çıxır.
Diqqət! Diqqət! Gəlin qurtuluş yolunu axtaraq! Bunun üçün də ilk öncə fars şovinizminin bütün çalarları araşdırılmalı, ondan zərbə alacaq xalqlar ayıq salınmalıdır. Ona görə də biz bu yazıda fars şovinizmi haqqında yalnız və yalnız yığcam bilgi verib tezislər şəklində çıxış etməyi gərəkli bildik. İnanırıq ki, bu qorxulu xəstəliyə insanlar, cəmiyyətlər, alimlər, şəxsiyyətlər etinasız qalmayacaq. Fars şovinizminin maskası yırtılaraq onun iç üzü açılıb dünyaya çatdırılacaq, bu xəstəlikdən qurtuluş yolu tapılacaqdır.

Bir zamanlar - aşağı-yuxarı 15 il öncə sovet rəhbərliyinin belə fikri geniş yayılmışdı: "Biz əgər məhv olacağıqsa onda tək məhv olmayacaq, çoxlarının ayağından tutub onları da özümüzlə bərabər dənizin dibinə aparacağıq!" Bunu bilən dünyanın ağıllı insanları öncədən elə tədbirlər tökdülər ki, onların nəticəsində bəşəriyyət sovet dəhşətindən, qanlı sovet terrorundan canını qurtara bildi.
Rus şovinizminin balaca modeli olan, ondan qoca və iyrənc olan fars şovinizmindən qurtulmaq rus şovinizmindən qurtulmaqdan asandır, əgər Sovet İttifaqına qarşı fəaliyyətə oxşar tədbirlər bu gün İrana - fars şovinizminə qarşı həyata keçirilərsə! Haqqın yolu ilə yürüyənlərə Ulu Tanrı yar olsun!
Ey insanlar, sizi and verirəm insanlığınıza və sevdiyinizə! Susmayın! Fars şovinizmini ifşa edin, ona xidmət edənləri bu yoldan çəkindirin, Haqq yoluna səsləyin və gətirin! Xalqın və Haqqın yoluna gəlməyənlərə lənətlər olsun!

Fars şovinizmi öz adı ilə deyil, daha çox "irançılıq" adı altında pərdələnərək çıxış etmişdir və edir. Buna görə də onu "fars-İran şovinizmi" adlandırmaq daha düzgün olardı. Bunların arasında kiçik formal fərq olsa da əslində mahiyyətcə eyni məsləkə xidmət edir. Bəzi "irançılar" belə iddia edirlər ki, guya irançılıq ideyasını (əgər buna ideya demək mümkündürsə) daşıyanlar fars şovinizminə qarşıdırlar, onlarla barışmazdırlar və s. və i.a. Yox, cənab fars şovinizminin "irançılıq" pərdəsi altında gizlənən daha təhlükəli (bəziləri isə aldanmış, yazıq) xidmətçiləri, siz ya bilməyərəkdən, ya da bilərəkdən aldanırsınız. Bilməyərəkdən aldanırsınızsa bəsirət gözlərinizi açın, bu siyasi korluqdan canınızı qurtarın. Bilərəkdən aldanırsınızsa onda siz bu alçaq təbiətli şovinizmə xidmət etməklə insanlığa xəyanət edən ən yaramaz cinayətkarlarsınız!
Siz deyirsiniz ki, İran indiki İran İslam Cümhuriyyəti adlanan ölkədir və burada yaşayan bizlərin vətənidir. Çox uzaq keçmiş olsaydı, deyərdik, ya xəbəriniz yoxdur, ya da yadınızdan çıxıb. Vur-tut 8 il bundan qabaq Sovet İttifaqında yaşayan rus şovinistləri və onlara xidmət edənlər də (bu şovinistlər və onların xidmətçiləri içərisində ruslar, türklər, ukraynalılar, yəhudilər, ermənilər, gürcülər, polyaklar, hətta bu gün Rusiya və ya da rus şovinizmi ağalığına qarşı qəhrəmanlıqla döyüşən bir milyonluq çeçen xalqından olan satqın çeçenlər də var) deyirdilər ki, Sovet İttifaqı başqadır, Rusiya imperiyası başqa, Sovet İttifaqını qorumaq, saxlamaq başqadır, rus şovinizmini müdafiə etmək başqa. Biz rus şovinisti deyilik, sovet vətənsevərləriyik (patriotuq), olsa-olsa həm də Rusiyanı və rusları sevirik, burada nə qəbahət var? Bu adamlar Ukrayna, Azərbaycan, Gürcüstan, Qazaxıstan və s. ölkə və xalqların Rusiya tərəfindən işğal edildiyi günləri "biz Rusiyanı sevirik, ona könüllü birləşmişik" deyə bayram edir, xalqları zor və qorxu altında çalıb-oynamağa məcbur edirdilər.
Bilirsiniz dünyada alçaqlığın, vəhşiliyin və mənəvi əxlaqsızlığın ən murdar bir şəkli nədir? Odur ki, aclıq, yalavaclıq, əzab, işgəncə və zülmə məruz qoyduğun insanlara və ya xalqa, millətə əmr edəsən, onları
məcbur edəsən ki, dur çal, oxu, oyna və de ki, mən xoşbəxtəm, dur zalıma de ki, mənə zülm yox, səadət gətirmisən!

Belə sorsaq ki, kimdir zalım?

Min illərdir ki, dünya müsəlmanları "Allah məzluma (zülm olunana) kömək, zalıma (zülm edənə) lənət eləsin. Zalımın cəzasını versin!" deyə dua edirlər. Altı yüz il bundan qabaq dahi İbn Xaldun (1332-1406) dünyada tanınmış "Müqəddimə" adlı əsərində yazmışdır: "İndi haqsız olaraq vergi toplayan təhsil məmurları zalımdır, artıq vergi toplayanlar zalımdır, vergini yağma edənlər zalımdır, xalqa haqlarını verməyənlər, başqasının mal və mülklərini qəsb edənlər tamamilə zalımdır. Bütün bunlar hakimiyyətin maddəsi olan cəmiyyəti yıpradar, ən böyük zərəri də dövlət çəkər".
Böyük tarixçi, hüquqçu, sufi, filosof-sosioloq, səyyah, diplomat, siyasətçi, alim İbn Xaldunun sözünə ("xalqa haqlarını verməyənlər tamam zalımdırlar") kimsə etiraz edə bilməz. Ancaq bütün bu deyilənlərlə yanaşı, bu gün qırx milyonluq Azərbaycan xalqının taleyi elə zalımların əlinə düşüb ki, onların növünü, cinsini, zatını və sifətini müəyyən etmək çox çətindir. Azərbaycan xalqının həm Quzeydə, həm Güneydə haqqını verməyən zalımlar həm də bu xalqın haqqını yeyirlər; var-yoxunu, şərəf və namusunu, yurdunu-yuvasını hərraca qoyurlar; döyür, söyür, zindanlara atır, öldürürlər; dilini, mədəniyyətini əlindən alıb milli ləyaqətini əzirlər; qul, kölə zəncirinə qandallayıb ruhunu çeynəyirlər; ac-yalavac, yas içində saxlayır və deyirlər: çal, oyna, bizlərə dua et, de ki, siz imamsınız, siz dahilər dahisisiniz, məhz sizlərin kölgəsində biz bu dünyada - cənnətdə firavan yaşayırıq və sizlərin sayəsində də cənnətə gedəcəyik!

Ah, zalımlar zalımı, siz səkkiz qat zalımlar, siz yüz qat zalımlar, siz bilmirsiniz ki, zülm yerdə qalmaz, siz bilmirsiniz ki, zülm ilə abad olan ədl ilə bərbad olar bir gün, siz bilmirsiniz ki, zalımın zülmü varsa məzlumun da ahı, Allahı var! Siz bilməsəniz də, bilmək istəməsəniz də Tanrı görür, bilir. Haqq-hesab günləri yaxındadır! Sözsüz ki, bu, Tanrının işidir, ancaq Tanrı bu işləri - ədaləti, haqqı yerinə qoymağı Haqq adamlarına tapşıracaqdır!

Azərbaycanın üç böyük düşməni olmuşdur: 1) Parsa; 2) ərəb xilafəti; 3) Rusiya.
Bu Parsa (Pars, Peres, Persida, Persiana, Parsua, Persiya, Fars və başqa şəkilləri də var) haradır və necə yaranmışdır?
Tarixə dərindən baxsaq aydın olar ki, Parsa "farsların yaşadığı yer, fars ölkəsi" deməkdir. Pars bir toplumun adıdır. Yunanlar onlara pers, perse, perses deyirdilər. Ərəblərdə "p" səssizi (samiti) olmadığına və ərəb dilinin səs uyğunluğuna görə onu "f" səssizi (samiti) ilə əvəz etmiş, parsa fars demiş və o cür də yazmışlar. Elə buradan da, ayrıca da olaraq ərəb-islam ağalığı dövründən (VII-XII yüzillər) farsların özləri də daxil olmaqla türklər, ərəblər və başqa xalqlar da parsa sözünü fars sözü ilə əvəz etmişlər. Yunanlar və bizanslılar öz qədim ifadələrini dəyişdirməyərək parsları pers, persus deyə tanımaqda və yazmaqda davam etmiş, buradan da Avropa dillərinə və rus dilinə bu söz "pers" şəklində keçmiş və özünə möhkəm yer qazanmışdır. Erməni dilində "f" səssizi (samiti) olmadığına görə ermənilər "fars" yox, "pars" deyirlər. Əfqanıstan, Hindistan və Orta Asiyada "pars" və "fars" hər ikisi işlədilir.

Parslar elamlıların vassalı idilər
“Hindistan kökənli farslar türkdilli elamların himayəsinə sığınaraq Ümman dənizi sahillərində, Bəsrə körfəzinin quzeyində məskunlaşaraq buralarda özlərinə yeni vətən qazandılar”

VII-IX yüzillərdə islam dinini qəbul etməyən yüz minlərlə maqlar (zərdüştçülər) köçüb Hindistana getdilər. Onların çoxu fars (pars) olduğu üçün onlara bu gün də parslar deyilir. Bir məlumata görə, onların sayı 100 min, başqasına görə, 150 mindir. Azərbaycan və Anadolu (Kiçik Asiya) türkləri istər danışıqda, istər yazıda ərəb dilinin təsiri altında yalnız "fars" sözcüyünü işlədirlər.
Orta çağlarda "pars"dan dönüb "fars" olan, indi də özlərini daha çox "irani, iranilər" adlandıran parslar miladdan qabaq IX-VIII yüzillərdə Hind çayının aşağı hövzəsindən - qədim ata-baba yurdlarından axın-axın köç edərək Elam dövlətinin torpaqlarında yerləşmişlər. Hindistan kökənli farslar türkdilli elamların himayəsinə sığınaraq Ümman dənizi sahillərində, Bəsrə körfəzinin quzeyində məskunlaşaraq buralarda özlərinə yeni vətən qazandılar. Eradan qabaq VII yüzildə indiki Şiraz şəhəri yaxınlığında, daha çox bir əraziyə toplaşan parslar bir böyük tayfa ittifaqı halında birləşdilər. Onların bir ərazidə toplaşıb bir inzibati ərazi yaratmalarını Elam dövlətinin siyasəti tələb edirdi. Belə ki, elamlılar indiki Şirazdan 50 km quzey-doğuda şəhər saldırmış, onu yeni əyalətin paytaxtı etmişdilər. Həmin şəhər və onu əhatə edən əyalət parslarla məskunlaşdırılmışdır. Sonralar hakimiyyətə gələn pars sülaləsi Əhəmənilərin (Haxamanişi) nümayəndəsi I Dara (m.ö. 522-486) bu şəhər-qəsəbəni yenidən qurmuş və Əhəmənilərin əsas paytaxtına çevirmişdir. Bu şəhər Parsa adlanırdı, onu əhatə edən torpaqlara da Pars əyaləti deyilirdi. Məhz bu şəhərə yunanlar Persepolis, əyalətə isə Persiada, ya da Persiana deyirdilər, bu da "pars ölkəsi", yaxud "pars şəhər-dövləti" mənasına gəlirdi. Parsanın ilk özülünün qoyulmasında elamlılar əsas rol oynasalar da onun inkişafı və müstəqil dövlətə çevrilməsində parslar midiyalılara minnətdardır. Belə ki, dediyimiz kimi, parslar elamlıların vassalı idilər.

Elam dövlətinin tənəzzülə uğramasında Assuriya ilkin səbəb olmuşdur. Assuriya hökmdarı Aşşurbanipal miladdan öncə yeddi kərə (665, 655, 652, 648, 646, 645, 640-639-cu illər) Elama basqın yapıb onun bir çox əyalət və şəhərlərini xaraba qoydu, əhalisini qılıncdan keçirib var-yoxunu taladı. Assuriya bütün dörd yanını - Elam, Babil, Urartu, Suriya və başqalarını qorxu və zülm altında saxladığı bir dövrdə Azərbaycan-Midiya dövləti meydana çıxdı.

Midiya dövləti və tarixi haqda müxtəlif fikirlər və mübahisələr vardır. Ancaq biz qəti bu fikirdəyik ki, Midiya Azərbaycan-türk dövlətidir. Midiyanı təşkil edən altı böyük el türk elləri idi. "Midiya ölkəsi" (Kur Midiya) ifadəsinə miladdan öncə 9-cu yüzilin başlarında Assur yazılarında rast gəlinir. Midiyalılar miladdan öncə 14-13-cü yüzillərdə, bəlkə də ondan daha qabaq İkiçayarasında tanınırdılar. Bütün tarix qaynaqları və çağdaş tarixçilər m.ö. birinci minilliyin başlanğıcında Azərbaycanda mərkəzi Urmiya gölü yaxınlığında yerləşən Manna dövlətinin olduğunu və bu dövlətin Azərbaycan-türk dövləti olduğunu qəbul edirlər. Bununla yanaşı, Midiya ellərinin-tayfalarının Ərdəbil-Qəzvin-Zəncan-Həmədan boylarında yaşadığını, gah Mannaya daxil olub, gah da müstəqil fəaliyyət göstərdiklərini, mannalılar zəiflədikcə midiyalların gücləndiyini tarix mübahisəsiz qəbul edir. Sadəcə olaraq, Manna yüzillərlə Assur, Babil və Urartuya qarşı daim müharibələrdə olmuş, m.ö. yeddinci yüzildə Babil, Elam, Manna, Assur və Urartu bir-biri ilə müharibələrdə tənəzzülə uğramış, bu müharibə səhnələrindən bir qədər uzaqda qalmış midiyalılar öz güclərini bir yerə toplamış, tam müstəqil dövlət yaratmış, Həmədanı (Ekbatanı) özlərinin paytaxtı edərək Elam və Babili məğlub və özlərinə müttəfiq edərək Assuriyanı darmadağın etmişlər. "Hökmdarlar hökmdarı" adlanan Midiya hökmdarı Kiaksarın dövründə (m.ö. 625-585) Midiya sanki hər hansı bir olağanüstü gücün yardımı ilə Elamı, Mannanı, Babili, Assuriyanı, Urartunu fəth etdi, Lidiyanı özündən asılı duruma saldı. Elamlıların bir canişini olan Əhəmənilər və onların idarəçiliyində olan Parsa Midiya dövlətinin tərkibinə qatıldı.
Göstərdiyimiz kimi, Parsa öncə Elamın bir əyaləti idi, Əhəmən də oranın canişini. Bundan istifadə edən parslar ilk öncə Elamın şərqinə və mərkəzinə yayılırdılar. M.ö. yeddinci yüzilin başlanğıcında Assuriya tərəfindən məğlubiyyətə uğrayan Elamın zəifliyindən yararlanaraq ona zərbələr vurur, öz nüfuzlarını artırırdılar. Ancaq bütün xəyanət və çabalamalara baxmayaraq Əhəmənin (sülalənin banisi) və onun oğlu Çişpişin (m.ö. 675-640-cı illər) canişinliyi dövründə Elamın hakim nüfuzu Parsanın üzərində qalırdı.
M.ö. 640-639-cu illərdə Elamla Assuriya arasında olan savaşda Çişpişin oğlu və varisi I Kir Elamın vassalı kimi vuruşurdu. Bəlli olduğu kimi, bu müharibədə Elam tam məğlub olmuş, onunla yanaşı "Persumaş hakimi" I Kir də məğlublar sırasında idi. I Kir (m.ö. 640-604-cü illər) oğlunu Assuriya hökmdarı Aşşurbanipalın yanında girov qoyaraq keçmiş hamisi və ağası, indi məğlub Elama qarşı çıxır, daha doğrusu, ona arxadan zərbə vuraraq Elamın Anşan şəhərini və Anşan vilayətini öz əlinə keçirir. Bu zaman Kiaksar Anşan və Parsanı tutur, Əhəmənilər nominal canişin hakimiyyətlərini itirir, öncə Elamın xidmətçiləri olan Əhəmənilər bundan sonra Midiya hökmdarına xidmət edirlər.

Midiya hökmdarı, daha doğrusu, imperatoru yenilməz Kiaksar öləndən sonra onun yerinə oğlu Astiaq keçir (hakimiyyət illəri m.ö. 585-550). Astiaqın hakimiyyəti dövründə də Midiya Yaxın və Orta Şərqin ən güclü imperyiası idi. Ancaq 6-cı yüzilin ortasında Midiya imperiyasına qarşı xarici güclər mübarizəyə başlayır. Babilistan, iskit, kas (qaz) və saklar Midiyanın hüdudlarına müdaxilə edirdilər. Bundan istifadə edən parslar daxildən çevriliş hazırlayırdılar. Parslar bu anadək Midiyanın mərkəzi Ekbatanda özlərinə müəyyən yer qazanmış, hətta Astiaqın sarayında mövqe tutmuşdular. Əhəmənilərin başçısı II Kir sarayda güclü nüfuz qazanmış, bir sıra əyanları müxtəlif yollarla ələ almışdı.

Bu zaman Astiaqın ordu başçısı Harpaq da hökmdara qarşı gizli mübarizə aparırdı. Azərbaycanın quzeyində qədimdən yaşayan kaslar (qazlar) Midiyaya qarşı müharibəyə başlayır. Astiaq kaslara qarşı II Kirin başçılığı altında güclü bir ordu göndərir. II Kir xəyanət edərək kasların tərəfinə keçir, onlarla saziş bağlayır, birlikdə Midiyaya qarşı müharibə aparırlar. Müharibə m.ö. 553-cü ildən 550-ci ilədək, 3 il davam edir. Bu üç il ərzində türk kaslarla türk midiyalılar bir-birini qılıncdan keçirir. Ancaq midiyalılar yenə də məğlubedilməzliklərini saxlayırdılar. Bu anda ikinci böyük xəyanət baş verir. Ordu başçısı Harpaq saray çevrilişi edir. M.ö. 550-ci ildə kas və pars birləşmələri Həmədana (Ekbatana) girir və Astiaq öldürülür. Herodot yazır ki, Astiaq ölüm ayağında Harpaqa deyir: "Əgər sənin mənimlə ədavətin var idisə başqa cür edəydin. Ancaq sən xəyanət edib hakimiyyəti bu əclaf parslara satdın!"
Bəli, bu, çox böyük bir tarixi xəyanət idi. Harpaqın və Kirin xəyanəti, kas-sak türklərinin hücumları nəticəsində Azərbaycan-türk dövləti Midiya imperiyası süqut etdi, parslar hakimiyyəti ələ keçirdilər. Bu üç qüvvənin içərisində qələbədən yararlanan yalnız II Kir - parslar oldu; II Kir Astiaqın oğlan nəslinin olmadığını görüb onun qızı Amitadanın ərini edam etdi və Amitadayla zorla evləndi. Bununla da o, Midiya taxt-tacının "varisi" oldu.

Tarixdə ilk dəfə olaraq türk dövlətinin başına parsların nümayəndəsi keçdi, II Kir Midiya imperiyasının hökmdarı oldu. O, imperiyadakı çaxnaşmaları aradan qaldırıb, hətta Lidiyanı da işğal edib Midiyaya qatdı. O, Azərbaycanı bütövlükdə Midiyaya birləşdirmək üçün ölkənin quzeyinə hücuma keçdi. M.ö. 530-cu ildə kas-sak və bas-sak (massaket) türkləri ilə döyüşdə məğlub oldu. Massakların qadın hökmdarı [Tomris] II Kiri məğlub edəndən sonra, tarixdə yazılı rəvayətə görə, onun başını kəsib qanla dolu bir tulumun içinə salmış və demişdir: "Sən ki qan içməkdən doymurdun, indi doyunca iç!"
II Kirdən sonra onun yerinə oğlu II Kambiz (m.ö. 530-522) keçir, ondan sonra isə II Kirin başqa oğlu və Kambizin qardaşı Bardi keçir. Bu zaman midiyalılar hakimiyyəti yenidən ələ keçirmək üçün Qaumatanın başçılığı altında qiyam qaldırırlar. Hakimiyyətin parsların əlindən çıxdığını görən I Dara Bardiyə sui-qəsd düzəldib onu öldürtdürür və o da II Kirin yolu ilə gedərək II Kirin qızı Atossayla zorla evlənir və "qanuni varis" olur.

“Fars dövlətinin əsasını Astiaqın ölümündən sonra (m.ö. 550-ci il) qəbul edən tarixçilər səhv edirlər”

“Bir tarixçi kimi deyə bilərəm ki, parslar heç bir zaman dövlət yaratmamışlar. Onlar hər hansısa bir dövlətin tərkibində zaman-zaman o dövlətin mərkəz qurğusuna (dövlət aparatına) soxulmuş, müəyyən mövqeləri ələ keçirmiş, fürsət gözləmişlər. Həmin dövlətə hər hansı bir uğursuzluq baş verəndə, ya da xarici və daxili səbəblərdən tənəzzülə uğradıqda farslar xəyanət edərək dövlət çevrilişində iştirak etmiş, sadəcə çarpışan qüvvələr arasında xarici qüvvələrdən dəstək alaraq hakimiyyəti ələ keçirmişlər”.

I Dara (m.ö. 522-486) imperiyada baş qaldırmış bütün üsyan və separatçı hərəkatları boğur, Midiya imperiyasını bərpa edir. O, Parsa şəhərini yeni paytaxta çevirir, bununla da Midiya dövlətinin hakimiyyət qurğusu başdan-başa parslaşdırılır. İmperiyanın dörd paytaxt şəhəri: Həmədan (Ekbatan), Suz, Babil və Parsa (Persepolis) olmasına baxmayaraq parsların əsas mərkəzi Parsa (indiki Şirazın yaxınlığında) idi, onlar Parsadan quzeyə yayılmağa başlamışdılar.
Əhəmənilər sülaləsinin I dövrü canişinlik, II Kirdən başlayaraq hökmdarlıq dövrü olsa da dövlət pars (fars) dövləti deyildi. Məhz I Daranın dövründə dövlət parslaşmağa başladı. Pars şovinizmi elə bu dövrdən özünü açıq şəkildə büruzə verdi.

I Dara imkanı olan bütün mənsəblərə parsları təyin etdi. Ordu əsasən midiyalı türklərdən ibarət olsa da, imperiyanın hərəkətverici qüvvəsi türklər olsa da hakimiyyət tam parslaşdırıldı. Pars əyanlarına həddən artıq imtiyazlar verildi. Parsların əksəriyyəti vergidən azad edildi. Mixi yazılarını Manna, Elam və midiyalılardan mənimsəyən parslar get-gedə Midiya mədəniyyətinin varislərinə çevrilirdilər.
Fars dövlətinin əsasını Astiaqın ölümündən sonra (m.ö. 550-ci il) qəbul edən tarixçilər səhv edirlər. Hətta fars şovinizminin son böyük nümayəndələrindən olan Məhəmməd Rza Pəhləvinin göstərişi ilə onun hakimiyyəti dövründə bir İran təqvimi yaradılmışdı; həmin təqvim II Kirin hakimiyyətə gəldiyi ildən başlayırdı. Buradan da birinci nəticə çıxır ki, deməli, II Kirə qədər fars dövləti olmamışdır. İkincisi, kiminsə hakimiyyətə gəlməsi ilə təqvimin başlaması hakim-şovinizmin bayağı məhsulundan başqa bir nəsnə deyil. Üçüncüsü, tarixi saxtalaşdırıb Midiya dövlətini fars dövləti saymaq kimə və nəyə gərəkdir - şovinizmdən başqa. Dördüncüsü, başını bir türk qadın hökmdarı Tomrisin (Dəmirin) kəsdiyi hökmdarın xəyanət nəticəsində hakimiyyətə gəldiyi tarix hansı məntiqlə bir xalqın - parsların (farsların) təqviminin əsas olmalı idi? Bütün bunlar farsların özlərini belə çaş-baş qoyan kor şovinizmdən doğur.
Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, parsların əsl hökmdarı və parsları (farsları) dünya tarix səhnəsinə çıxaran I Dara olmuşdur. Onun qızıl sikkə kəsdirməsi və Parsada (Persepolisdə) hökmdar iqamətgahı tikdirməsi Parsa dövlətinin müstəqilliyinə dəlalət edirdi. Parsların hakim olduğu imperiyaya m.ö. 330-cu ildə Makedoniyalı İsgəndər son qoydu. İsgəndər Parsanı (Persepolisi) yandırıb, xaraba qoydu. O, ümumiyyətlə pars əyanlarına amansız divan tutub, pars xalqına elə bir dağıdıcı zərbə vurdu ki, parslar bir də 500 ildən sonra öz qüvvələrini bir yerə toplayıb yeni dövlətdə hakimiyyətə gələ bildilər.
Pars (fars) şovinizmi bu məğlubiyyəti tarix boyu həzm edə bilmədi, buna görə də uydurmalar qondarıb özünə təskinlik vermiş, fars xalqını aldadaraq ovundurmağa çalışmışdır. Bu uydurmalardan biri də budur ki, guya İsgəndər fars hökmdarlarından birinin qeysər Filippə göndərdiyi cariyədən olmuşdur. Bu cariyə-kəniz Filippə göndərilməzdən öncə fars hökmdarından hamilə imiş, Filipp bunu bilməmiş, onu özünə arvad etmişdir. Deməli, İsgəndər farsların törəməsidir.

Daha sonralar, yəni ərəb işğallarından sonra daha çox "fars" adlanan parslar islam dininin təsiri ilə Makedoniyalı İsgəndəri bir qədər də mifləşdirərək onu başqa bir İsgəndərlə - İsgəndər Zülqərineynlə əvəz etdilər. "Zülqərineyn" iki mənada yozulurdu: 1) "Zülqərineyn" - ərəbcə "iki qərinə yaşamış" mənasındadır, halbuki Makedoniyalı İsgəndər 33 il yaşamışdır; 2) "Zülqərineyn" - ərəbcə "iki buynuzlu" deməkdir. Fars mif və dastanlarında bunlar bir-birinə çulğaşmış, tarix həqiqətindən heç bir iz qalmamışdır. Parsları (farsları) darmadağın və qətl edən və etdirən Makedoniyalı İsgəndər farsdilli ədəbiyyatın böyük, müsbət, bəzən də peyğəmbər surətinə (obrazına) çevrilmişdir.
Parsların tarixdə ikinci dövləti Sasanilər dövləti sayılır. Bir tarixçi kimi deyə bilərəm ki, parslar heç bir zaman dövlət yaratmamışlar. Onlar hər hansısa bir dövlətin tərkibində zaman-zaman o dövlətin mərkəz qurğusuna (dövlət aparatına) soxulmuş, müəyyən mövqeləri ələ keçirmiş, fürsət gözləmişlər. Həmin dövlətə hər hansı bir uğursuzluq baş verəndə, ya da xarici və daxili səbəblərdən tənəzzülə uğradıqda farslar xəyanət edərək dövlət çevrilişində iştirak etmiş, sadəcə çarpışan qüvvələr arasında xarici qüvvələrdən dəstək alaraq hakimiyyəti ələ keçirmişlər. Əhəmənilər Midiya dövlətində, Sasanilər Parfiya-Arsak (Arşak) dövlətində, Büveyhilər (Builər) (əvvəl Ziyarilərin qoşun başçıları üç qardaş Ziyariləri devirdilər) Abbasi xilafətində, Pəhləvilər Qacar dövlətində eyni şəkildə dövlət çevrilişi ilə və xarici güclərin köməyi nəticəsində hakimiyyətə gəlmiş sülalələr-xanədanlar olmuşlar. Parslar-farslar bütün tarix boyu cəmi dörd dövlətin başında dayanmışlar. Bunların içərisində parslar üçün ən önəmlisi və bir yandan fars milli ruhunun, bir yandan da fars şovinizminin əsas qaynaqlarından biri olan Sasanilər dövləti olmuşdur.

Sasanilər dövlətinin özülünü Ərdəşir Papakan qoymuşdur. Ancaq deyilənlərə görə, onun babası Sasan Parsanın Parfiyaya tabe hakimlərindən olmuş, buna görə də sülalənin hakimiyyətə gəlməsini onunla bağlayaraq, dövlət "Sasanilər dövləti" adlandırılmışdır. Sasanın özü haqqında tarixdə elə bir məlumat yoxdur. Bəlli olduğu kimi aşağı-yuxarı 477 il (m.ö. 250-dən miladın 227-ci ilinədək) yaşayan Parfiya dövləti Parsanı da öz tabeliyində saxlayır, oranın hakimlərini təyin edirdi. Sasan da o hakimlərdən biri olmuş, onun yerinə keçən oğlu Ərdəşir (Ardaşir) Parfiya hakim sülaləsi Arşakların canişini idi.

II yüzilin sonlarından Parfiya tənəzzülə uğrayır. Parfiyanın tənəzzülü daxildəki çəkişmələrlə yanaşı, elat alanların hücumları ilə bağlı idi. Bunu görən romalılar Parfiyanın batı torpaqlarını işğal etdilər. Onlar ikiçayarasının (Mesopotamiya) böyük hissəsini də qoparıb öz ərazilərinə qatdılar. Dövlətin mərkəzi Ktesifon (sonralar Mədain), onsuz da, süquta uğramışdı. Belə bir durumda Parsanın canişini Ərdəşir öz hökmdarının yıxıldığını görüb ona qarşı çıxdı, daha doğrusu, yıxılana balta vurdu, Arşaklıların son nümayəndəsi V Artabanı hakimiyyətdən devirib taxt-tacı ələ keçirdi. Ktesifon-Selevkiya paytaxt olaraq qaldı. O, 227-ci ildə Ktesifonda hökmdar elan edildi (227-239). Onun oğlu I Şapurun hakimiyyəti illərində (239-272) sanki Parfiya yenidən bərpa edildi.

422 il davam edən Sasanoğulları sülaləsi - hakim xanədanı parsların bir xalq kimi təşəkkül tapmasında həlledici rol oynadı. Tarix sanki bir də təkrar edildi; Əhəmənilər kimi Sasanilər da bütün hakimiyyət qurğularında parsları yerləşdirib onları xüsusi imtiyazlı xalq-tayfa etdilər, fars şovinizmi hakim kəsildi. Ölkə-imperiya 4 böyük yerə ayrılıb, hər birinə təyin edilən hakim şah adlandırıldı. Sasanilərin hakim nümayəndəsi isə şahənşah adlanırdı.

Sasanilər dövləti sözün əsl mənasında orta çağ imperatorluğu idi, o, Midiyanın yerində yaranmış və Midiyanın ərazicə kiçildilmiş formasında idi. Midiyadan fərqli cəhəti orasında idi ki, birincidə türklər, ikincidə farslar hakim mövqedə dururdular; türklər şovinizmin nə olduğunu bilmədikləri, dövlətçiliyi əsas götürdükləri halda, parslar hakim şovinizmin prinsiplərini əsas götürürdülər.

Altıncı yüzil Sasanlı imperiyasının yüksəliş dövrü olmuşdur. Bu dövrdə yeni işğallar hesabına imperiya böyümüş, Məzdəkilər hərəkatı sonda tam qələbə çala bilməsə də imperiya Çində siyasi-ictimai və iqtisadi münasibətləri yeniləşdirmiş, maniliyin təsiri nəticəsində müəyyən təkamülə uğramış, zərdüştlük Yaxın və Orta Doğuda ən nüfuzlu dinə çevrilərək həm də Sasanlıların dövlət dini olmuşdur. Bəlli olduğu kimi, zərdüştlük hələ Sasanlıların ilk hökmdarlarından olan I Şapurun tərəfindən dövlət dini elan edilmişdir. Ancaq imperiyada başqa dinlər və dini təlimlər - buddizm, manilik, şamançılıq, xristianlıq və onun nestorian, pravoslav qolları, sabilik, yəhudilik və başqaları geniş yayılmış, bunlar arasında daim kəskin münaqişələr olmuşdur. Altıncı yüzildə isə zərdüştlük tam hakim kəsilmiş, onun mübarizəsi əsasən xristianlığa qarşı yönəlmişdi.

I Qubadın hakimiyyəti illərində imperatorluq güclənməyə başlamış (o, iki dəfə hakimiyyətə gəlmişdir: 488-496, 498-531-ci illər), I Xosrov Nuşirəvan (Ənuşirəvan) (hakimiyyət illəri: 531-579), IV Hürmüz (579-590), II Xosrov Pərviz (591-628) zamanlarında qüdrətinin və yırtıcılığının, qaniçənliyinin ən yüksək təpəsinə qalxmışdır.

Fars şovinizminin qidalandığı əsas qaynaqlardan birisi sonralar saxtalaşdırılan, əfsanə və miflərlə bəzədilərək mifləşdirilən bu göstərdiyimiz tarixdir. Fars şovinistləri böyük lovğalıqla döşlərinə döyərək deyirlər: "Bizim damarlarımızda Ənuşirəvan (Nuşirəvan) qanı axır".

Bir az sonra Qubadın, Ənuşirəvanın və Xosrov Pərvizin əsl kimliklərini görəcəyik, hələlik indi II Xosrov Pərvizin ölümündən sonrakı Sasanlıların durumuna ötərgi göz yetirək.

II Xosrovun Bizansla ara-sıra 25 il davam edən müharibəsi bizanslıların qələbəsi ilə bitdi. Bizanslılar II Xosrovu öz oğluna öldürtdülər. 628-632-ci illərdə - dörd il içində Sasan imperatorluğunda 10 (on) "şahənşah" hakimiyyətə gəlib-getdi. İmperatorluğa daxil olan ölkələr və xalqlar yıpradıldı. Orta Asiyada Ceyhun çayından tutmuş Fəratın sağ sahilinədək, Dərbənddən Ümman dənizinədək böyük bir ərazidə yerləşən ölkələr, o cümlədən Türküstan, Azərbaycan, Xorasan, Azərbaycan İraqı, Ərəb İraqı, Parsa və başqaları xarabalıqlara çevrildi, şərəfsiz Sasanlı hakimiyyəti bu ölkələrin xalqlarını ara müharibələrində (iç savaşlarda) bir-birinə qırdırdı, zülm və istibdad insanların güc və inamını yoxa çıxardı. Elə buna görə də 634-637-ci illərdə Ərəbistan yarımadasından yenicə dışarıya çıxan ərəblər özlərindən 4-5 qat artıq olan sasanlı ordularını Buveybə və Qadisiyyə döyüşlərində darmadağın etdilər, 641-642-ci il Nəhavənd döyüşündə imperatorluğun birləşmiş ordularını məhv edib 649-650-cı illərdə Ceyhun çayının sahilinə yetişdilər. Sasanlıların sonuncu imperatoru III Yezdigərdi Mərvdə 651-ci ildə yaxalayıb öldürdülər. Bununla da qanlı sasanlı imperatorluğuna son qoyuldu. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top